"Yuxunu da müalicə edirik" – pulmonoloq peşəsinin görünməyən tərəflərindən danışdı
Far.Az xəbər saytı

"Yuxunu da müalicə edirik" – pulmonoloq peşəsinin görünməyən tərəflərindən danışdı


Rusiyalı pulmonoloq-somnoloq Dmitri Duykin peşəsinin çətinlikləri, pandemiya dövründə yaşadıqları və xəstələrin ən qeyri-adi davranışları barədə danışıb.

Far.Az xəbər verir ki, həkim bildirib ki, pulmonoloq sadəcə ağciyər xəstəliklərini müalicə edən mütəxəssis deyil, eyni zamanda yuxu problemləri və nəfəs dayanması halları ilə də məşğul olur.

Onun sözlərinə görə, ən təhlükəli hallardan biri yuxu apnoesidir. Bu zaman insan yuxu zamanı dəfələrlə nəfəsini itirir və bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Duykin qeyd edib ki, təcrübəsində xəstələrin inhalyatordan düzgün istifadə etməməsi, xoruldamanın "magiya" və müxtəlif rituallarla müalicəsinə inanması kimi maraqlı hadisələrlə tez-tez qarşılaşıb.

Həkim COVID-19 pandemiyasının pulmonoloqlar üçün ən ağır dövr olduğunu da vurğulayıb. O bildirib ki, həmin illərdə ağciyər xəstəlikləri üzrə mütəxəssislər virusun ağırlaşmaları ilə mübarizədə ön sırada yer alıblar.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər