Azərbaycan ötən il Qazaxıstandan buğda tədarükünü 5 dəfədən çox artırıb
Far.Az xəbər saytı

Azərbaycan ötən il Qazaxıstandan buğda tədarükünü 5 dəfədən çox artırıb


Ötən il Azərbaycana 275,6 milyon ABŞ dolları dəyərində 1 milyon 267 min 322 ton buğda gətirilib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2024-cü illə müqayisədə dəyər ifadəsində 1,4 %, kəmiyyət olaraq – 1,9 % azdır.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 142,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 dəfə çox) 662 min 269 ton (+5,3 dəfə), Rusiyadan 132,8 milyon ABŞ dolları dəyərində (-47 %) 604 min 944 ton (-48 %), Avstriyadan 155,7 min ABŞ dolları dəyərində (+3 dəfə) 15 ton (-6 %) və Türkiyədən 73,8 min ABŞ dolları dəyərində (-91 %) 93,6 ton (-90 %) buğda alıb.

2024-cü il Azərbaycana idxal edilmiş 1,292 milyon ton buğdanın 90,2 %-i Rusiyanın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycan bir il ərzində buğda idxalını artırıb - SƏBƏBLƏR NƏDİR?
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər