Çoxtərəfli İnkişaf Bankları COP29 hədəflərinə yaxınlaşır: 2030-cu ilədək iqlim layihələrinə hər il $120 milyard ayıracaq
Çoxtərəfli İnkişaf Bankları 2030-cu ilədək aşağı və orta gəlirli dövlətlərə illik 120 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi ayırmağı, bundan əlavə 65 milyard ABŞ dolları məbləğində özəl kapital cəlb etməyi hədəfləyirlər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Antalya şəhərində keçirilən COP31-ə dair Çoxtərəfli İnkişaf Banklarının birgə bəyanatında bildirilib.
"İqlim maliyyələşməsinin əvvəlki ilə nisbətən 21 % artım göstərməsi Bakıda baş tutan COP29-da bəyan edilmiş 2030-cu il üçün kollektiv proqnoz hədəflərimizə yaxınlaşdığımızı təsdiqləyir. Qarşıya qoyulan məqsəd aşağı və orta gəlirli ölkələrə hər il 120 milyard dollar həcmində maliyyə dəstəyi göstərmək və bununla yanaşı 65 milyard dollar özəl kapital cəlb etməkdir", - bəyanatda qeyd edilib.
Bildirilib ki, 2025-ci il ərzində banklar tərəfindən həmin ölkələr üçün 35 milyard ABŞ dolları məbləğində uyğunlaşma vəsaiti daxil olmaqla, ümumilikdə 103 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi ayrılıb. Bundan əlavə, 35 milyard ABŞ dolları məbləğində özəl sektordan iqlim maliyyəsi cəlb olunub. Bəyanatda eyni zamanda 30-dan artıq ölkədə Çoxtərəfli İnkişaf Banklarının uzunmüddətli strategiyalar üzrə ortaq proqramının icra mərhələsinə keçməsi barədə məlumat verilib. Bu proqram çərçivəsində banklar iqlim planlarının konkret investisiya layihələrinə transformasiyasına və onların maliyyə təminatının həyata keçirilməsinə dəstək göstərirlər.
"Gələcəkdə biz yardımı müştərilərin iqlim maliyyələşməsinə ehtiyacının artdığı istiqamətlərə yönləndirməyə davam edəcəyik. Uyğunlaşma, dayanıqlılıq və təbii fəlakətlərə hazırlıq açıq-aydın prioritet sahələrdir", - sənəddə vurğulanıb.
COP31-də təqdim edilən Uyğunlaşma və Dayanıqlılığa İnvestisiyalar üzrə Çoxtərəfli İnkişaf Bankları Tərəfdaşlığı bankların kapital qoyuluşlarını genişləndirmək, həmçinin daha geniş həcmdə dövlət və özəl maliyyə resurslarını cəlb etmək hədəfini güdür. Bəyanatda inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də qeyri-sabitlik və münaqişələrdən əziyyət çəkən ölkələr üçün maliyyə vəsaitlərinə çıxışın sadələşdirilməsinə ayrıca önəm verilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













