Nərimanov rayonunda qumbara və mərmi tapılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Far.Az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd M-75 əl qumbarası, 1 ədəd M-75 P1 partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, 1 ədəd AKM güllə sandığı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda qumbara aşkarlanıb - VİDEO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub - FOTO
Bakıda əl qumbarası zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













