"Nyukasl"ın futbolçusu: "Qarabağ" qeyri-adi komandadır"
"Qarabağ" müsbət mənada qeyri-adi komandadır.
"Far.Az"un məlumatına görə, bunu "Nyukasl" klubunun futbolçusu Antoni Elanqa "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Hücumçu Bakıdakı ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib:
"Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı matça fokuslanmışıq. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. "Qarabağ" müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər".
O, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində ilk 24-lüyə düşməsinə təəccüblənmədiklərini bildirib:
"Qarabağ" barədə məlumatımız var. Bu komandanın "Kopenhagen"ə qalib gəlməsi və "Çelsi" ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm".
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













