Slovakiyanın Baş nazirinin müavini: "Bakı köhnə memarlıq üslubu ilə müasirliyin unikal vəhdətini qoruyub saxlayır"
Far.Az xəbər saytı

Slovakiyanın Baş nazirinin müavini: "Bakı köhnə memarlıq üslubu ilə müasirliyin unikal vəhdətini qoruyub saxlayır"


Slovakiya Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən şəhərsalma sahəsində əməkdaşlıqda maraqlıdır.

Far.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana gələn Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba bildirib.

"Mənim Azərbaycana səfərim Baş nazirin tapşırığı ilə həyata keçirilir. Dəvət (WUF13-də iştirak etmək üçün - red.) ona ünvanlanmışdı, lakin təəssüf ki, onun başqa qrafiki var, əks halda o, mütləq burada olardı. Bizim üçün Azərbaycan çox yüksək səviyyədə əməkdaşlıq etmək istədiyimiz ölkədir", - T.Taraba bildirib.

O, Bakının şəhər mühitini çox cəlbedici adlandırıb: "Bakıda təkcə müasir binaları deyil, həm də köhnə memarlıq üslubunun qorunub saxlanılması və yenidən qiymətləndirilməsi ilə unikal vəhdəti dəstəkləməyiniz çox xoşuma gəlir. Bu, mənim fikrimcə, əla yanaşmadır, çünki modernizm özlüyündə hər kəs tərəfindən təqlid oluna bilər, lakin şəhərin ruhu yalnız tarixlə bağlı olduğu halda yaranır. Bu sizin şəhərinizdə həqiqətən xoşuma gələn detaldır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər