Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir
Far.Az xəbər saytı

Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir


İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa buraxılması üçün müvafiq orqanlarla danışıqlar aparıldığını bildirib.

"Far.Az" "Entekhab"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə toplantıda çıxışı zamanı deyib.

"Bizim üçün xalqın narazılığı və sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir, çünki bu vəzifədə olmağımızın fəlsəfəsi milli həmrəyliyin möhkəmləndirilməsi, sosial birliyin təmin edilməsi, dürüst xidmətlərin göstərilməsi və ictimai rəyin qazanılmasıdır", - o bildirib.

O edib ki, sosial problemlərin həlli rasionallıq, nəzakət və müdriklik tələb edir, düşüncə və baxışları məcburi metodlarla dəyişmək olmaz.

İran Prezidenti bildirib ki, etirazlarda minimal rol oyanayan və aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa çıxması üçün məhkəmə sistemi ilə danışıqlar aparılır: "Cəmiyyətdəki çatların təmir eidlməsi qaçılmaz zərurətdir".

Onun fikrincə, struktur islahatları, iqtisadi göstəricilərin yaxşılaşdırılması, qonşu və İslam ölkələri ilə münasibətlərin inkişafı, tolerantlıq və gənc nəslin təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə fundamental sosial problemləri həll etmək mümkündür.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
22 qadın azadlığa çıxır - 2-si övladı ilə birlikdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər