Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:
"Əfsuslar olsun bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım ilk qollardan sonra böyük "zərbə" aldılar. Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər. Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi. Dediyim kimi, bu cür uduzmaq istəməzdik".
O, fasilədə komandanı sakitləşdirməyə çalışdığını söyləyib:
"Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olur olsun oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi".
Q.Qurbanov oyunun ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qlaan Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib:
"Bəhlul matç zamanı əzələsini dartdı. Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığını sabah biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













