Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
Far.Az xəbər saytı

Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub


Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) II Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, ötən il TDT-yə üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olublar:

"Türk dövlətlərində iqtisadi dinamika sürətlə inkişaf edir. Ötən il həmçinin TDT ölkələrində əhalinin ümumi sayı 180 milyona çatıb. 2025-ci ildə bütün türk dünyası üzrə ümumi daxili məhsul artıq 2,1 trilyon dolları ötüb. Bu göstərici bizi dünyanın ən güclü iqtisadi potensiala malik ilk 10 iqtisadi məkan sırasına daxil edib".

İcraçı direktor çıxışında qlobal urbanizasiya probleminə də toxunub.

O, hazırda dünya əhalisinin 55 faizinin şəhərlərdə yaşadığını, gələcəkdə bu statistikanın artacağını qeyd edib:

"2050-ci ilə qədər bu göstərici 70 faizə qədər artacaq. Bu da o deməkdir ki, yeni şəhərlərin salınmasına ehtiyac yaranacaq".

Mərkəz rəhbəri daha sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişindən bəhs edərək bu çərçivədə şəhərsalma sahəsində inklüziv yanaşmanın olduğunu diqqətə çatdırıb.

V.Qasımlı bildirib ki, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər şəhər və qəsəbə bərpa ediləcək:

"Azərbaycan şəhərsalma sahəsində müasir və inkluziv yanaşma ortaya qoyur. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurdan da yan keçmir. Sürətlə bərpa quruculuq işləri davam etdirilir və etdiriləcək".

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər