"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"a qarşı cavab matçımız ciddi keçəcək"
Far.Az xəbər saytı

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"a qarşı cavab matçımız ciddi keçəcək"


"Nyukasl"ın "Qarabağ"a qarşı cavab matçı ciddi olacaq.

"Report"un məlumatına görə, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla qalib gəldikləri qaşrılaşmanı şərh edib:

"Bizim İngiltərə Premyer Liqasında "Mançester Siti"yə qarşı oyunumuz var. "Qarabağ"a qarşı cavab matçımız da ciddi keçəcək. İlk görüşdə üstün olan tərəf biz idik. Buraxdığımız qola görə məyus olduq. İkinci hissədə "Qarabağ" təzyiqi artırdı. Müəyyən qədər bizdə də yorğunluq var idi. Qordonun bir matçda 4 qol vurması bizi sevindirdi".

Eddi Hau püşkdə bəxtlərinin gətirdiyini düşünmədiklərini söyləyib:

"Püşkdə bəxtimizin gətirdiyini düşünmürəm. "Qarabağ" heç də zəif rəqib deyil. Onların əvvəlki qaşrılaşmalarını izləmişdik. Baxmayaraq ki, rahat qələbə qazandıq".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər