Çingiz Qənizadə: Şəxsimə böhtan atdığına görə Paris məhkəməsi Qənimət Zahidovu cərimə edib
Fransada yaşayan Qənimət Zahidov Paris məhkəməsinin hökmü ilə cəzalandırılıb.
"Far.Az" xəbər verir ki, bununla əlaqədar Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, "Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri Çingiz Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, Qənimət Zahidov 2019-cu ildə müxtəlif vaxtlarda "YouTube" platformasında yayımlanan özünün "Azərbaycan Saatı" kanalında video yayımlayaraq şəxsinə böhtan atıb.
Bundan sonra Çingiz Qənizadə Qənimət Zahidov sığındığı Fransa məhkəməsinə şikayət edib.
Çingiz Qənizadə bildirib ki, şərəf və ya nüfuzuna xələl gətirən iddialar və ittihamlar səsləndirən Qənimət Zahidovun cinayət əməlləri Paris məhkəməsində sübuta yetirilib.
Beləliklə o, Fransanın müvafiq qanunlarına uyğun cəzalandırılıb. Məhkəmənin qərarı ilə Qənimət Zahidov 500 avro cərimə və Çingiz Qənizadəyə ödənilməklə 300 avro məbləğində təzminat cəzasına məhkum edilib.
Çingiz Qənizadənin sözlərinə görə, əsas istəyi Qənimət Zahidov və onun kimi xarici ölkələrdə oturub, Azərbaycan və Azərbaycandakı bəzi ictimaiyyət nümayəndələri, siyasətçilər haqda səsləndirdiyi fikirlərin tamamilə cəfəngiyyat olduğunu sübuta yetirmək idi.
O bildirib ki, Paris Cinayət Məhkəməsi tərəfindən tərəfindən 2025-ci il oktyabrın 21-də çıxarılmış hökmlə Qənimət Səlim oğlu Zahidov Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab edilir və Fransada cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilir:
"Məhkəmə bildirir ki, həmin şəxs barədə məhkumluğun yaranması onun hansı cəzaya məhkum edildiyindən daha vacibdir. Bu Azərbaycan tarixində ilk dəfədir ki, hansısa xarici dövlətə sığınaraq, onun imkanlarından istifadə edib başqa ölkəyə, onun vətəndaşına qarşı cinayət əməlləri törədən, yalan və böhtan yayan şəxs elə sığındığı ölkənin hüquq sisteminə uyğun cəza alır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













