Şəhid qardaşı: 33 il sonra onun bir məzarının olması bizə təsəllidir
Far.Az xəbər saytı

Şəhid qardaşı: 33 il sonra onun bir məzarının olması bizə təsəllidir


33 il sonra onun dəfn edilməsi, bir məzarının olması ailəsi üçün təsəllidir.

Bunu "Far.Az"un Qərb bürosuna açıqlamasında fevralın 19-da Mingəçevirdə dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimovun qardaşı Hafiz Kərimov deyib.

O, qardaşının nəşinin qalıqlarının aşkarlanması və doğulduğu Mingəçevir şəhərində dəfn edilməsinin onlara bir təsəlli olduğunu vurğulayıb:

"Artıq qardaşımın məzarı var və onun uğrunda canından keçdiyi Qarabağ düşməndən azad edilib. Mən də, ailəmizin digər üzvləri də Şahinlə fəxr edirik. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Oxşar xəbərlər

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər