Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Report"a "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Beə ki, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq, Tofiq İsmayılov küçələri, eləcə də rayonun Bəydili, Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













