Ucarın 11 kəndi qazsız qaldı: "Yemək bişirə, çay qızdıra bilmirik"
Far.Az xəbər saytı

Ucarın 11 kəndi qazsız qaldı: "Yemək bişirə, çay qızdıra bilmirik"


Fevralın 18-də Ucarda yanğın baş verib. Baş vermiş yanğın zamanı 11 kəndi qazla təmin edən yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədə keçən hissəsi naməlum səbəbdən zədələnib.

Nəticədə, əraziyə verilən təbii qazın verilişi dayandırılıb və 3 049 abonentin qaz təminatında fasilə yaranıb.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

"Fevralın 18-i saat üçdə qazlar kəsilib. Hələ də qaz yoxdur. Deyirlər ki, fasilələrlə verəcəklər, bu axşam olacağına inanmıram", - sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib:

"Qaz yoxdur. Oruc tutan adamlarıq, ac-susuz qalmışıq. Yemək bişirə, çay qızdıra bilmirik".

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar:

"Hazırda ərazidə qazıntı işləri yekunlaşıb və polietilen boruların quraşdırılması mərhələsinə başlanılıb. Təmir-bərpa işləri çərçivəsində 315 millimetrlik 10 metr uzunluğunda yeni polietilen boru xətti çəkilir. Eyni zamanda borunun metal hissə ilə birləşmə qovşağı yenisi ilə əvəz olunur".

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər