Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb
Far.Az xəbər saytı

Səhiyyə müəssisələrində lisenziya məsuliyyəti ilə bağlı qaydalar açıqlanıb


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi özəl tibb müəssisələrində lisenziya məsuliyyətinin kimə aid olması ilə bağlı açıqlama verib.

Far.Az xəbər verir ki, "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində çıxış edən mərkəzin Tibbi nəzarət şöbəsinin baş mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, hüquqi şəxs kimi fəaliyyət göstərən özəl tibb müəssisələrində lisenziyaya görə birbaşa məsuliyyət işçi həkimlərə deyil, sahibkarlıq subyektinə aiddir.

Onun sözlərinə görə, MMC, QSC və digər hüquqi formada təşkil olunan müəssisələrdə lisenziya tam şəkildə şirkətin məsuliyyət sferasına daxildir:

"Rəhbərlik əməkdaşlarını daxili nəzarət və iclaslar vasitəsilə lisenziyadan kənar fəaliyyətlərdən çəkindirməlidir. Əks halda, bu cür hallara görə maliyyə sanksiyaları və digər məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər".

Xəyalə Əliyeva qeyd edib ki, bəzi hallarda tibb müəssisələri lisenziya olmadan fəaliyyət göstərə və otaqlarını icarəyə verə bilər. Bu kimi vəziyyətlərdə əmək müqaviləsinin olub-olmaması da hüquqi məsuliyyətin müəyyən edilməsində rol oynayır.

Onun sözlərinə görə, fərdi qaydada tibbi fəaliyyət göstərən şəxslər lisenziyaya görə birbaşa məsuliyyət daşıyır. Lakin hüquqi şəxs çərçivəsində çalışan həkimlər ümumilikdə bu məsuliyyətin subyekti sayılmır və cavabdehlik sahibkarlıq subyektinin üzərinə düşür.

Qurum rəsmisi əlavə edib ki, əmək müqaviləsi əsasında çalışan tibb işçiləri lisenziya pozuntularına görə birbaşa məsuliyyət daşımırlar.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər