Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Far.Az xəbər saytı

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı


Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.

BAKU.WS "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi, 41 ünvanında yerləşən və fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib".

Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:

"Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir.

Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.

AEM bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək".

Bildirilib ki, AEM vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.

Qeyd edək ki, ötən il "Uğur-777" estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı. Məlumata görə, özünü "Dr.Gülü" kimi təqdim edən G.Abdullayeva hazırda "Büllur Estetik" adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər