Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək
Far.Az xəbər saytı

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək


Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Naxçıvan Dövlət Kukla Teatrından "Report"un yerli bürosuna verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında mövcud münasibətləri mədəniyyət və incəsənət sahəsində daha da inkişaf etdirməkdir.

Bundan başqa, memorandumda teatr sənəti istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Sənədə əsasən, qarşılıqlı qastrol səfərlərinin təşkili, tamaşaların nümayişi, ustad dərslərinin keçirilməsi, festival və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də teatr sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır.

İmzalama mərasimində çıxış edən Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Ergün Engin Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının mədəniyyət sahəsində də uğurla davam etdiyini vurğulayıblar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər