Emin Hüseynzadə: Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə keçiriləcək
Far.Az xəbər saytı

Emin Hüseynzadə: Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə keçiriləcək


Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə təşkil ediləcək.

"Far.Az" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə deyib.

Onun sözlərinə görə, bunlardan birincisi prezidentlərin Zirvə görüşüdür:

"Bu tədbirdə ölkə başçıları bir araya gələcəklər, görüşdə şəhərsalma ilə bağlı mühüm məsələlər müzakirə olunacaq. Digəri yeni şəhər gündəliyi ilə bağlıdır. Digər iki tədbir isə şəhərsalma prosesində texnologiyadan istifadəyə həsr olunacaq".

E.Hüseynzadə qeyd edib ki, göstərilən səbəblərə görə WUF13 ötən illərdə baş tutan WUF-lardan fərqlənir.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər