Fuad Kərimli: Əsas məqsədimiz Qlobal Cənubun səsini dünyaya çatdırmaqdır
Far.Az xəbər saytı

Fuad Kərimli: Əsas məqsədimiz Qlobal Cənubun səsini dünyaya çatdırmaqdır


GSNP-nin əsas məqsədi Qlobal Cənubun səsinin dünya miqyasında rezonans doğurmasını təmin etməkdir.

"Far.Az" xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş katibi Fuad Kərimli qurumun I Baş Assambleyasındakı çıxışında deyib.

O bildirib ki, məhdud resurslara baxmayaraq, Qlobal Cənub Asiya Platforması artıq əsas beynəlxalq müstəvilərdə özünü tanıda bilib:

"BMT-nin Cənub Əməkdaşlığı Ofisi bizim işimizi tanıyıb və dəstəkləyib. Bundan sonra Baş qərargahı gücləndirməklə yanaşı, Baş katibin müavinləri və tərəfdaş təşkilatlar vasitəsilə böyük konfranslar, siyasi dialoqlar, regional forumlar və bacarıqların artırılması üzrə təşəbbüslər irəli sürməyi planlaşdırırıq. Məqsədimiz təkcə qlobal müzakirələrdə iştirak etmək deyil, həm də öz platformalarımızı yaratmaq, gündəmlərimizi formalaşdırmaq və Qlobal Cənubun səsinin dünya miqyasında rezonans doğurmasını təmin etməkdir".

Oxşar xəbərlər

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
BMT-nin Ofisi Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər