DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ


Avtobus sürücüləri digər nəqliyyat vasitələrinin sürücüləri ilə müqayisədə daha böyük məsuliyyət daşıyırlar. Çünki onlar sükan arxasında yalnız öz həyatlarına deyil, onlarla sərnişinin təhlükəsizliyinə cavabdehdirlər.

BAKU.WS-in məlumatına görə, bu səbəbdən ictimai nəqliyyat sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsi xüsusi əhəmiyyət kəsb edir.

Lakin əfsuslar olsun ki, avtobus sürücülərinin qaydaları kobud şəkildə pozmasının da şahidi oluruq.

Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, paytaxtda avtobuslar üçün xüsusi zolaqlar ayrılıb və həmin zolaqlarda hərəkət təhlükəsizliyin və yol axıcılığının təmin edilməsi məqsədi daşıyır:

"Avtobus sürücüləri bu zolaqlardan kənara çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduqda və ya zolaq qaydalarını pozduqda məsuliyyət daşıyırlar. Bu cür hallara İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq hüquqi qiymət verilir və qanunamüvafiq tədbirlər görülür.

Avtobus zolaqları ilə bağlı nəzarət obyektiv şəkildə həyata keçirilir və qaydaların pozulmasına qarşı mütəmadi tədbirlər görülür".

Baş inspektor əlavə edib ki, son dövrlərdə yolayrıcılarında və müəyyən ərazilərdə sarı nişanlanma xətlərinin çəkilməsi də intizamın gücləndirilməsinə səbəb olub:

"Xüsusilə sarı tor nişanlanması tətbiq olunan yerlərdə sürücülər qaydalara daha ciddi əməl edirlər. Bunun əsas səbəbi həmin ərazilərdə xüsusi texniki nəzarət vasitələrinin quraşdırılması və qayda pozuntularının avtomatik qeydə alınmasıdır.

Xüsusi texniki vasitələrin əsas məqsədi sürücüləri cərimələmək deyil, onları qayda pozuntusundan çəkindirməkdir. Məqsəd yolun axıcılığını təmin etmək, tıxacların qarşısını almaq və digər hərəkət iştirakçıları üçün təhlükəsiz mühit yaratmaqdır.

Nəzarətin olmadığı ərazilərdə isə bəzi sürücülər yolayrıcını keçmə qaydalarını pozmağa cəhd edirlər. Lakin qaydaları pozan şəxslər bilməlidirlər ki, xüsusi texniki vasitələr bu halları qeydə alır və elektron protokol tərtib olunur. Qanunvericiliyə uyğun olaraq həmin sürücülər barəsində müvafiq inzibati tədbirlər görülür".

Orxan Hüseyn

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər