Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr ilk oxunuşda qəbul edilib
Mİlli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri ilk oxunuşda qəbul edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə vurğulanıb ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan əlavə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Parlament mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













