Azərbaycanın səfirliyi: Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyata müdaxiləni təhlükəsizlik riski kimi qiymətləndirərək müdaxilə edib
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Far.Az report-a istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.
Hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı çərçivəsində baş verib.
Məlumata görə, Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin nəqliyyat vasitəsinə qarşı təhqiramiz hərəkətlər ediblər. Həmçinin Azərbaycanın rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndirilib.
Səfirliyin açıqlamasında qeyd olunur ki, Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlərin yalnız təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanır.
Bəyanatda həmçinin ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasına istinad edilərək hotel ərazisinin rəsmi təhlükəsizlik perimetrinə daxil edildiyi bildirilib.
Səfirlik təhlükəsizlik tədbirlərinin təhrif olunması və əsassız iddiaların yayılması cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər.
Sonda məsuliyyətli məlumatlandırmaya çağırış edilərək, təsdiqlənməmiş iddialar əsasında nəticələr çıxarılmamasının vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













