Britaniya Kralı qardaşının varislikdən çıxarılması barədə qərarı dəstəkləyəcək
Bakinqem sarayı Böyük Britaniya hökumətinin Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbetten-Vindzoru taxt-tacın varisliyi növbəsindən çıxarmaq niyyətinə mane olmayacaq.
"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti kralın dəftərxanasındakı mənbəyə istinadən məlumat yayıb.
"Mauntbetten-Vindzorun varislikdən çıxarılması müstəsna olaraq parlamentin səlahiyyətində olan məsələdir və əlbəttə ki, biz heç vaxt onun yolunda durmayacağıq və parlamentin iradəsinə qarşı çıxmayacağıq", -nəşr Bakinqem sarayındakı mənbənin sözlərini sitat gətirib.
Fevralın 20-də "Sky News" telekanalı hökumətin müvafiq qanun layihəsinin parlamentə təqdim edilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib. "YouGov" şirkətinin sorğusuna əsasən, rəyi soruşulanların 82 %-i bu addımı dəstəkləyir. Lakin bu qərar krallığa daxil olan digər dövlətlərlə məsləhətləşmələr tələb edəcək və yalnız keçmiş York hersoquna qarşı bütün istintaq hərəkətləri başa çatdıqdan sonra mümkün olacaq.
Endryu Mauntbetten-Vindzor fevralın 19-da, 66-cı ad günündə saxlanılıb və dindirilmək üçün polisə aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Temza vadisi polisi onun 2001-2011-ci illərdə Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi postunu tutarkən pedofiliyada təqsirləndirilən amerikalı maliyyəçi Ceffri Epşteynə məxfi məlumatlar ötürməsi barədə bilgiləri araşdırır. Daha sonra o, ittiham irəli sürülmədən sərbəst buraxılıb, istintaq davam edir.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













