UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

"Report"un məlumatına əsasən, Bakı Olimpiya Stadionunda baş tutan matçda tribunalarda 66321 tamaşaçı əyləşib.

Bu göstərici ilə matç azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada İspaniyanın "Real" klubunun Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş dayanır. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın "İnter" klubu ilə Almaniyanın "Ştutqart" kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

Qeyd edək ki, "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb - Yenilənir-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər