13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı
Far.Az xəbər saytı

13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı


"Fanatics" şirkətinin rəhbəri, amerikalı milyarder Maykl Rubin ilk biznesini 13 yaşında qurduğunu və 16 yaşında müflis olmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

BAKU.WS "Fortune"a istinadən xəbər verir ki, Rubin 13 yaşında xizək avadanlığı satmağa başlayıb, bir il sonra isə öz mağazasını açıb. Onun sözlərinə görə, yeniyetməlik illərində satışdan əldə etdiyi illik gəlir 10–15 milyon dollara çatıb. O, sürücülük vəsiqəsi almamışdan əvvəl "Porsche" markalı avtomobil də alıb.

Lakin 1988-ci ildə qışın qeyri-adi dərəcədə isti keçməsi satışları kəskin azaldıb. İlin sonuna qədər Rubinin 200 min dollar borcu yığılıb, əlində isə 80 min dollarlıq satılmamış mal qalıb. O, borcunu 35 min dollara endirmək üçün razılığa gəlib və qonşularından borc alaraq ödənişi üç həftəyə tamamlayıb.

21 yaşında Rubinin illik satış həcmi 150 milyon dollara çatıb. Milyarder uğurunun sirrini belə izah edib: "Hər uğursuzluq, ondan dərs çıxarsan, növbəti uğura aparır".

Rubinin daha sonra qurduğu "GSI Commerce" şirkətini 2011-ci ildə "eBay" 2,4 milyard dollara alıb. Sahibkar sonradan geri aldığı idman malları biznesi əsasında "Fanatics"i qurub. "Fortune"un məlumatına görə, şirkətin dəyəri 31 milyard, Rubinin şəxsi sərvəti isə 11,6 milyard dollar qiymətləndirilir.

Oxşar xəbərlər

HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər