Zelenski ilə Rütte Rusiya ilə qarşıdakı danışıqlara hazırlığı müzakirə ediblər
Far.Az xəbər saytı

Zelenski ilə Rütte Rusiya ilə qarşıdakı danışıqlara hazırlığı müzakirə ediblər


Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat yayıb.

"Diplomatik işimizin bütün əsas məsələləri üzrə mövqeləri əlaqələndirdik və mən şadam ki, bir çox məsələlərdə Markla baxışlarımız üst-üstə düşür", - Ukrayna lideri vurğulayıb.

Zelenski həmçinin Rütteni ABŞ və Rusiya ilə növbəti üçtərəfli danışıqlar raunduna hazırlıq, eləcə də tərəflərin mövqeləri barədə məlumatlandırıb.

Onun sözlərinə görə, söhbətin daha bir mövzusu Ukraynada energetika sahəsindəki vəziyyət olub: "Energetika sahəsindəki vəziyyəti və PURL proqramı üzrə sonrakı işlərin zəruriliyini müzakirə etdik. PURL vasitəsilə bizim müdafiəmizə sərmayə qoyan hər bir Avropa ölkəsinə minnətdaram. Mark, dəstəyə görə təşəkkür edirəm".

Oxşar xəbərlər

Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib - MÜSAHİBƏ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər