Tramp ABŞ-nin xəstəxana gəmisinin Qrenlandiya sahillərinə göndərildiyini bildirib
ABŞ Prezidenti Donald Tramp yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə xəstəxana gəmisi göndərdiyini açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya heç kimin düşünmədiyi çoxsaylı xəstə insanlara qulluq etmək üçün gözəl bir xəstəxana gəmisi göndərəcəyik. O, artıq yola düşüb", - Amerika lideri yazıb.
Qeyd olunur ki, 21 dekabr 2025-ci ildə Tramp Lendrini ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Bundan sonra qubernator "X" sosial şəbəkəsində adanın ABŞ-yə birləşdirilməsi niyyətini açıqlayıb.
Bu açıqlamalar Danimarkada diplomatik qalmaqala səbəb olub və bundan sonra ABŞ səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













