Trampın xüsusi nümayəndəsi ABŞ-İran danışıqlarında "qırmızı xətt"i açıqlayıb
Far.Az xəbər saytı

Trampın xüsusi nümayəndəsi ABŞ-İran danışıqlarında "qırmızı xətt"i açıqlayıb


ABŞ İranın uranı zənginləşdirməsindən tamamilə imtinasında israr edir ki, bu da Vaşinqtonun danışıqlarda "qırmızı xətti"dir.

"Far.Az"un məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News"a müsahibəsində bildirib.

"Biz ora getməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, "qırmızı xət"ləri qeyd etdi - zənginləşdirmə yoxdur, bütün materialları çıxarmalıyıq", - o deyib.

Uitkoff həmçinin iddia edib ki, bir həftə ərzində Tehran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər kifayət qədər zənginləşdirilmiş urana sahib ola bilər.

O əlavə edib ki, Tramp İranın ABŞ-nin hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə və "təzyiqə baxmayaraq təslim olmaq istəməməsindən" təəccüblənir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər