NYT: Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır
İranın ali rəhbəri Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün bir pozuntu halında tədbirlər planının hazırlanmasını əmr edib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İranın altı yüksək vəzifəli məmuruna və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xamenei bəzi səlahiyyətləri etibarlı köməkçilərin kiçik bir dairəsinə həvalə edib və hərbi və mülki administrasiyada çoxpilləli varislik sisteminin yaradılmasını əmr edib.
Liderlərə ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun ölümü halında dörd potensial müavin müəyyən etmək tapşırılıb. O, əsas qərarların əlaqələndirilməsini Parlamentin keçmiş sədri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib. Belə ki, Laricaninin təsiri son aylarda artıb: o, daxili təhlükəsizlik məsələlərinə nəzarət edir, müttəfiqlərlə əlaqələr qurur və Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edir.
Xatırladaq ki, İsraillə bağlı son gərginlik zamanı ali rəhbər üç potensial varisin adını bəyan etsə də, onların adları açıqlanmır. Əli Laricaninin özü bu siyahıya daxil edilməyib, çünki o, din xadimi deyil.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













