FT: Yunanıstan Avropanın yeni qaz mərkəzinə çevrilmək istəyir
Far.Az xəbər saytı

FT: Yunanıstan Avropanın yeni qaz mərkəzinə çevrilmək istəyir


Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazının tədarükündən tamamilə imtina etməyə hazırlaşdığı bir vaxtda Yunanıstan Avropaya, əsasən, ABŞ-dən gələn mayeləşdirilmiş təbii qazın (MTQ) idxalında mərkəzi halqaya çevrilməyə ümid edir.

"Report"un məlumatına görə, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

Qeyd olunub ki, Afina Yunanıstanın coğrafi mövqeyi ilə yanaşı, MTQ istehsalı güclərinin genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Vaşinqtonla sıx əlaqələrin ona Avropa qaz bazarında mərkəzi mövqe təmin edəcəyinə inanır.

Məqalə müəllifləri bildiriblər ki, Yunanıstan həmçinin Bolqarıstana qədər uzanan regionlararası boru kəmərinin tikintisini başa çatdırıb və ölkənin şimalındakı iki yeni kompressor stansiyası hesabına ötürücülük qabiliyyətini artırıb.

"Bu il bazar ilk dəfə uzunmüddətli perspektivdə belə yüksək fəallıq nümayiş etdirdi. Onlar Yunanıstana strateji əhəmiyyətli məntəqə kimi baxırlar", - Yunanıstanın "DESFA" operatorunun keçmiş baş direktoru Mariya Rita Qalli bildirib.

Lakin nəşr qeyd edib ki, qazın qiymətinin yüksək olması problem kimi qalır.

"Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandan alınan rüsumları topladıqda ümumi məbləğ kifayət qədər böyük olur. Hazırda bu marşrutun uzunmüddətli perspektivdə kommersiya baxımından əlverişli olması üçün qiymətlər çox yüksəkdir", - Oksford Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Culian Bouden vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər