Əraqçi İranın uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bildirib
Far.Az xəbər saytı

Əraqçi İranın uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bildirib


İran uranın zənginləşdirilməsindən imtina etməyəcək və Amerika tərəfi bu barədə məlumatlandırılıb.

"Report"un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CBS News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uranın zənginləşdirilməsindən imtina Tehran üçün qəbuledilməzdir.

"Mən amerikalıları məlumatlandırmışam ki, sıfır zənginləşdirmə bizim üçün məqbul variant deyil. Biz zənginləşdirmədən imtina etməyəcəyik", - Əraqçi bildirib.

O həmçinin ABŞ-nin regiondakı hərbi iştirakını artırmasını "artıq" adlandırıb: "Hərbi gücün artırılması kömək etməyəcək və bizi qorxutmayacaq".

Bununla yanaşı, Əraqçi hesab edir ki, nüvə sazişi əlçatan ola bilər və bu sövdələşmə İran üçün 2015-ci il sazişindən daha faydalı ola bilər.

O əlavə edib ki, fevralın 26-da Cenevrədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə nüvə sövdələşməsini müzakirə etməyi planlaşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər