Ukrayna DİN: Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsdlər artıb
Far.Az xəbər saytı

Ukrayna DİN: Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsdlər artıb


Ukraynada hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsd halları və cəhdləri 2024-cü illə müqayisədə kəskin artıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hazırda bu hallar kifayət qədər çoxdur: "Buna görə çoxlu sayda qurbanlarımız var. Lvovda polis əməkdaşlarına qarşı baş verənlər bu qəbildəndir. Kiyevdə isə təkcə bu il ərzində 4 belə hal baş verib. Dnepropetrovsk və Jitomir vilayətlərində də bu hallar çoxdur".

Klimenko bildirib ki, Xarkovda iki belə hal qeydə alınıb. Lvov və Rivnedə də polis əməkdaşları hücumlara məruz qalıblar. "Ternopol, Odessa, Sumı, Nikolayev və Çernovtsı vilayətlərində də hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsdlər çoxdur" , - Ukraynanın daxili işlər naziri deyib.

Onun sözlərinə görə, bütün terror aktları vahid sxem üzrə həyata keçirilir. Polis əməkdaşı xidməti nömrəyə zənglə guya partlayıcı qoyulmuş ünvana çağırılır:

"Amma əslində ünvanda polis əməkdaşlarını terror aktı gözləyir".

İ.Klimenko bildirib ki, Rusiyanın agent şəbəkəsinin fəallığına görə belə hallar artıb. Nazirin fikrincə, Ukraynanın bütün güc strukturları buna qarşı tədbirləri gücləndirməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər