Fransa hökumətinə gün ərzində ikinci etimadsızlıq votumu irəli sürülüb
Fransa parlamentinə hökumətə etimadsızlıq votumunun verilməsi barədə gün ərzində ikinci təklif daxil edilib.
"Far.Az" xəbər verir ki, ikinci dəfə təşəbbüskar qismində solçu "Təslim olmayan Fransa" (La France insoumise) Partiyası çıxış edib.
Partiyanın "X" sosial şəbəkəsindəki hesabında bildirilib ki, siyasi təşkilat parlamentdə əvvəlcədən müzakirə və səsvermə olmadan təsdiqlənmiş 2035-ci ilə qədərki enerji strategiyasından narazı olduğu üçün hökumətin istefasını tələb edir.
"Belə yanaşma cəmiyyətin müzakirə hüququna məhəl qoymadan, fəaliyyəti hələ təxminən 10 il davam edəcək konkret insanların qərarlarını bütün Fransaya məcburi qəbul etdirmək cəhdidir", - məlumatda qeyd olunub.
"Təslim olmayan Fransa" bəyanatında vurğulayıb ki, enerji strategiyası dövlətin uzun illər üçün inkişafını müəyyən edən ən mühüm sənəddir, buna görə də onu qanunvericiliklə təsdiqlənmiş parlament prosedurlarından yan keçməklə qəbul etmək olmaz.
Fransa hökumətinə qarşı bugünkü ilk etimadsızlıq votumunu Marin Le Penin sağçı "Milli Birlik" Partiyası irəli sürüb. Bəyanatda qeyd olunub ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş enerji strategiyası, digər iradlarla yanaşı, vergilərin və ya kommunal xidmət tariflərinin artmasına gətirib çıxara bilər, bu da fransızlara 300 milyard avrodan baha başa gələcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Qaradağda palçıq vulkanı püskürüb













