İran AEBA rəhbərinin ABŞ ilə danışıqların yeni mərhələsində iştirakını müzakirə edir
İran ABŞ ilə nüvə danışıqlarının növbəti mərhələsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakını nəzərdən keçirir.
"Far.Az"un məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmail Baqayi bildirib.
"Onun növbəti danışıqlar mərhələsində iştirakına gəlincə, bu məsələ müzakirə olunur. Hələlik sizə qəti cavab verə bilmərəm, amma bu mövzu qaldırılıb, çünki o, əvvəlki mərhələdə də müəyyən rol oynayıb", - XİN-in Mətbuat xidməti Baqainin sözlərini sitat gətirib.
AEBA müfəttişlərinin 2025-ci ilin iyun ayında ABŞ-nin zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərinə mümkün səfəri ilə bağlı suala cavab olaraq diplomat izah edib ki, bu məsələ parlament tərəfindən qəbul edilmiş qanun və qanunla nəzərdə tutulan prosedur da daxil olmaqla bütün aspektlər nəzərə alınmaqla hazırlanmalıdır. "Biz hələ o mərhələdə deyilik, baxmayaraq ki, agentliklə əməkdaşlığımız çərçivəsində mübadilə və əlaqələr davamlı olaraq baş verir", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













