Aİ Rusiyaya təzyiqi gücləndirəcək, Ukraynaya yardımı davam etdirəcək - Birgə Bəyanat
Avropa İttifaqı (Aİ) Ukraynaya və onun xalqına hərtərəfli siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsolanın Rusiya-Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə bağlı birgə bəyanatında deyilir.
"Biz Ukraynanın ən böyük donoru olaraq qalırıq. 2022-ci ildən bəri təxminən 200 milyard avro yardımdan əlavə, Avropa liderləri 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro məbləğində vəsaitin ayrılmasını razılaşdırıblar. Məqsəd təcili büdcə və müdafiə ehtiyaclarının ödənilməsini və Rusiyanın hücumları qarşısında dayanıqlılığı təmin etmək olub. Bu paket çərçivəsində 60 milyard avro hərbi ehtiyaclara ("Porcupine" proqramı) yönəldiləcək. İlk tranş mümkün qədər tez köçürüləcək", - məlumatda deyilir.
Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı Moskvanı danışıqlara cəlb etmək üçün Rusiyaya təzyiqi gücləndirəcək. "Biz Rusiyanın enerji və maliyyə sektoruna təzyiqi gücləndirmək və "kölgə donanması"na qarşı əlavə tədbirlər görmək niyyətindəyik", - bəyanatda vurğulanır.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Lyayen və Koşta Ukraynaya səfər edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













