Zelenski Aİ nümayəndələri ilə Rusiya tankerlərinə qarşı tədbirləri müzakirə edib
Far.Az xəbər saytı

Zelenski Aİ nümayəndələri ilə Rusiya tankerlərinə qarşı tədbirləri müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin Rusiya tankerlərinin fəaliyyətinə qarşı tədbirlərini müzakirə ediblər.

"Far.Az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevdə Koşta və fon der Lyayen ilə birgə mətbuat konfransında bildirib.

"Biz Aİ qanunvericiliyinə Rusiya tankerlərini dayandırmağa və onların daşıdığı nefti müsadirə etməyə imkan verəcək dəyişiklikləri müzakirə etdik. Bu mümkündür", - o deyib.

Zelenski əlavə edib ki, görüşlər zamanı hava hücumundan müdafiə sistemlərinin artırılması və Ukrayna energetikasına dəstək məsələləri də müzakirə olunub.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər