Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib
Far.Az xəbər saytı

Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib


AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinoya FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.

"Report" xəbər verir ki, bu baədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

"Hörmətli Prezident Canni İnfantino, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından sizi FIFA prezidenti seçilməyinizin 10 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Son on il ərzində sizin liderliyiniz futbolun qlobal liderliyini daha da möhkəmləndirmiş və dünya üzrə üzv assosiasiyalar üçün əhəmiyyətli inkişaf imkanlarını genişləndirmişdir. FIFA ilə əməkdaşlığımız Azərbaycan futbolunun inkişafında real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir", - deyə AFFA rəhbəri bildirib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevral ayından FIFA-nın prezidenti kimi çalışır.

Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib

Oxşar xəbərlər

Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər