"Xocalı. Son toy..." filmi "Report" agentliyinin Youtube kanalında yayımlanacaq
"Xocalı. Son toy..." filmi "Report" İnformasiya Agentliyinin Youtube kanalında yayımlanacaq.
"Global Media Group"un və "Report" İnformasiya Agentliyinin ərsəyə gətirdiyi "Xocalı. Son toy" bədii-sənədli filmi 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq dayandırılan sonuncu toy mərasiminə həsr olunub.
İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov, gəlini Dürdanə Məmmədova və həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqiçi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.
Bir fotodan yola çıxılaraq ekranlaşdırılan bu əsər 1992-ci ildə yanvarın 18-də Xocalıda gerçəkləşən toyu, sonrasını və hazırki dövrü tərənnüm edir. Sözügedən toyda çəkilən ağ-qara foto, yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılıb.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Film 25 fevral 2026-cı il saat 20:00-da "Report" agentliyinin Youtube kanalında yayımlanacaq.
Həmçinin, 26 fevral 2026-cı il saat 16:00-da film Baku TV kanalının efirində, saat 21:30-da isə ATV telekanalında yayımlanacaq.
Qeyd edək ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, baş prodüseri Fuad Hüseynəliyev, quruluşçu rejissoru isə Yusif Ələkbərzadədir.
Oxşar xəbərlər
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Bakıda Zəfər muzeyinin açılışı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Xocalı. Son toy..." – Report Media Məktəbinin tələbələri film barədə yazır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur
-
Neftimizin qiyməti 104 dolları keçib













