Aİ Fransa şərabçılarına dəstək üçün 40 milyon avro ayıracaq
Far.Az xəbər saytı

Aİ Fransa şərabçılarına dəstək üçün 40 milyon avro ayıracaq


Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi rüsumlar və spirtli içkilərə qlobal tələbatın azalması səbəbindən təzyiqlə üzləşən Fransa şərabçılarını dəstəkləmək üçün 40 milyon avro yönəldəcək.

"Far.Az"un Avropa bürosu Fransa KİV-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə Avropa komissarı Kristof Hansen Parisdə ənənəvi kənd təsərrüfatı sərgisinin açılışından əvvəl bildirib.

Onun sözlərinə görə, fövqəladə maliyyələşdirmə Fransa iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyan tədbir kimi satılmamış məhsulun distillə edilməsinə yönəldiləcək.

KİV-in məlumatına görə, spirtli içkilərə tələbatın azalması istehlakçı vərdişlərinin dəyişməsi ilə əlaqədardır - gənclər getdikcə daha çox sağlam həyat tərzini seçirlər.

ABŞ Prezidenti Donald Tramp tərəfindən Avropa şərabının ixracına tətbiq edilən tariflər və güclənən rəqabət isə əlavə təzyiq yaradır.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər