ABŞ Venesuela neftinin Kubaya təkrar satışına xüsusi lisenziyalarla icazə verəcək
Far.Az xəbər saytı

ABŞ Venesuela neftinin Kubaya təkrar satışına xüsusi lisenziyalarla icazə verəcək


ABŞ Venesuela neftinin Kubaya təkrar satışına xüsusi lisenziyalarla seçmə üsulu ilə icazə verəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

"ABŞ-nin Kuba xalqı ilə dəstəyi və həmrəyliyinə uyğun olaraq, idarə Kubada istifadə üçün Venesuela mənşəli neftin təkrar satışına icazə istəyən xüsusi lisenziyaların verilməsi ilə bağlı ayrı-ayrı müraciətlərə münasibətdə əlverişli lisenziyalaşdırma siyasəti tətbiq edəcək", - qurumun məlumatında bildirilib.

Eyni zamanda, qeyd olunub ki, müraciət edənlərin ABŞ-də hüquqi şəxsə malik olması mütləq deyil.

Qurum bildirib ki, bu lisenziyalaşdırma siyasəti Kuba xalqını, o cümlədən Kuba özəl sektorunu dəstəkləyən sövdələşmələrə yönəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər