Kuba ABŞ bayrağı altında üzən katerdə saxlanılanların terror aktı planlaşdırdıqlarını açıqlayıb
Far.Az xəbər saytı

Kuba ABŞ bayrağı altında üzən katerdə saxlanılanların terror aktı planlaşdırdıqlarını açıqlayıb


Kuba Daxili İşlər Nazirliyi adanın sahillərində katerlə baş vermiş atışmada iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirib: onların hamısı ABŞ-də yaşayan kubalılar olub.

"Report" xəbər verir ki, bu barədə qurumun nümayəndələri "Facebook" sosial şəbəkəsində məlumat yayıblar.

Məlumata görə, saxlanılan şəxslər terror xarakterli təxribat planlaşdırıblar.

Nazirlikdən bildirilib ki, Floridada qeydiyyatda olan katerin göyərtəsində on silahlı kubalı olub. Saxlanılma zamanı onlardan tüfəng, tapança, əldəqayırma partlayıcı qurğu və zirehli jiletlər müsadirə edilib. Saxlanılan şəxslər dindirilmə zamanı terror aktı törətmək niyyətində olduqlarını etiraf ediblər.

"Onların əksəriyyətinin cinayət keçmişi var. Araşdırmalar davam edir", - məlumatda qeyd olunub.

Nazirlik daha əvvəl bəyan etmişdi ki, Floridadan gələn və ABŞ bayrağı altında üzən kater ölkənin ərazi sularına daxil olub. Gəmi heyəti Kuba sərhədçilərinə atəş açıb. ABŞ katerində olan dörd nəfər öldürülüb, daha altı nəfər yaralanıb. Bundan əlavə, Kuba sərhəd xidmətinin bir əməkdaşı da yaralanıb.

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər