Rubio: ABŞ raket proqramının İranla danışıqlara daxil edilməsində israrlıdır
Fevralın 26-na planlaşdırılan ABŞ-İran danışıqları, əsasən, Tehranın nüvə proqramına həsr olunacaq, Tehran isə öz ballistik raketləri məsələsinin gündəliyə salınmasından imtina edir.
"Report"un "Associated Press" agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio bildirib.
"Qeyd etmək istərdim ki, İranın ballistik raketlər barədə dialoq aparmaqdan ardıcıl şəkildə imtina etməsi ciddi problem yaradır", - Rubio jurnalistlərə bəyan edib.
Dövlət katibi vurğulayıb ki, İran Amerika tərəfi ilə raket mövzusunda da danışıqlar aparmalıdır.
Daha əvvəl Ağ Ev rəhbəri Donald Tramp konqresə müraciətində bildirmişdi ki, İran gələcəkdə Birləşmiş Ştatların ərazisinə çata biləcək raketlərin hazırlanması ilə məşğuldur. Sonradan İran xarici işlər naziri bu iddianı təkzib edərək vurğulayıb ki, Tehran öz raketlərinin mənzilini müstəqil şəkildə 2 min km ilə məhdudlaşdırıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













