Məsud Pezeşkian: Xaməneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq
Far.Az xəbər saytı

Məsud Pezeşkian: Xaməneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq


İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq.

"Far.Az" "president.ir"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O vurğulayıb ki, İran hazırda nüvə silahı əldə etmək niyyətində deyil. Prezidentin sözlərnə görə, bu mövqe ayətullah Xaməneinin verdiyi dini fətvaya əsaslanır:

"Ali rəhbər "nüvə silahı əldə etməyəcəyik" dedikdə, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. O, siyasətçilər kimi yalan danışa bilməz".

İran Prezidenti qeyd edib ki, ali rəhbərin mövqeyi siyasi deyil, dinə və fiqhə (şəriət qanunları) əsaslanır.

Xatırıadaq ki, ayətullah Xamənei nüvə silahının hazırlanması, istifadəsi və yayılmaması barədə 2003-cü ilin oktyabrında şifahi fətva verib. 2005-ci ildə isə bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə rəsmi şəkildə təqdim edilib.

Bu gün Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ və İran nümayəndə heyəti arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqların üçüncü raundu keçirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər