İsa Həbibbəyli: Birinci Türkoloji Qurultay türkologiya elmi üçün bələdçi rolunu oynayıb
Birinci Türkoloji Qurultay türkologiya elmi üçün bələdçi rolunu oynayıb.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, yüz il əvvəl baş tutan Birinci Türkoloji Qurultayda müxtəlif və önəmli qərarlar qəbul olunub:
"Qurultay Türk dünyasının, eləcə də dünyanın ən tanınmış alimlərini öz ətrafında cəmləşdirib. Türk dünyasının fərqli bölgələrindən gələn 131 nəfərin böyük əksəriyyəti müxtəlif araşdırmaların müəllifi olub. Bu qurultay sonrakı dövrlərdə də türkologiya elmi üçün yolgöstərən rolunu oynamaqdadır".
İsa Həbibbəyli əlavə edib ki, Birinci Türkoloji Qurultayın ən böyük zəfəri o zamankı çətin dövrdə orta türk əlifbasının qəbul edilməsindən ibarət olub:
"Qurultayın Bakıda keçirilməsi də təsadüfi deyildi. Çünki Bakı Avrasiya məkanında inkişaf etmiş mərkəzlərdən biri idi".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Rubio: İranın Ali liderinin ölümünə dair heç bir dəlil yoxdur
-
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq













