Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər
Far.Az xəbər saytı

Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər


Fransada sağçı "Milli Birlik" Partiyasının əleyhdarları onun sədri Jordan Bardellanın Orleanda keçirilən partiya konqresindəki çıxışını pozmağa cəhd ediblər.

"Report" xəbər verir ki, zalda partiya tərəfdarları ilə onun siyasi kursuna qarşı çıxan fəallar arasında dava başladıqdan sonra Bardella çıxışını qısa müddətə kəsmək məcburiyyətində qalıb.

Toqquşmanın başlanğıcı rəsmi yayımın kadrlarına düşməyib. Lakin Bardella bir neçə dəfə iştirakçıları sakitliyi qorumağa və təhlükəsizlik xidmətinin müdaxiləsini gözləməyə çağırıb.

Daha sonra kameralar mühafizəçilərin bir neçə nəfəri zaldan çıxardığını göstərib. Onlardan biri əlində Fransa bayrağı tutub.

"Demokratiyaya nifrət edən ifrat solçuları reklam etmək lazım deyil! Təhlükəsizlik xidmətinin öz işini görməsini gözləyərkən təklif edirəm, "Marselyoza"nı oxuyaq!" - siyasətçi bildirib.

Bundan sonra konqres iştirakçıları Fransanın dövlət himnini ifa ediblər.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər