Fransada haker hücumu nəticəsində 15 milyon insanın şəxsi məlumatları sızıb
Hakerlər fransız tibbi proqram təminatı (PT) istehsalçısı Cegedim-in məlumat bazasını sındırıb. Bu, 15 milyon insanın, o cümlədən siyasi xadimlərin şəxsi məlumatlarının sızmasına səbəb olub.
"Report"un məlumatına görə, bu barədə "France 2" telekanalı xəbər verib.
Hücumçular həmçinin həkimlərin tibbi sənədlərdə qoyduğu "sərbəst inzibati şərhlərə" giriş əldə ediblər.
Səhiyyə Nazirliyinin məlumatına görə, belə qeydlər 169 min sənəddə mövcud olub və onlarda HİV-in olması, cinsi orientasiya, din, intihar meylləri barədə məlumatlar ola bilərdi.
Şirkət qeyd edib ki, onun PT-dən istifadə edən 3,8 min həkimdən təxminən 1,5 mini hakerlərin hərəkətlərindən zərər çəkib, səlahiyyətli orqanlara mümkün sızma barədə məlumat vermək üçün yanvarın əvvəlində onlarla əlaqə saxlanılıb. Əksər hallarda oğurlanan məlumatlar arasında xəstələrin adları, cinsi, yaşı, əlaqə məlumatları olub.
Məlumat bazasına icazəsiz giriş 2025-ci ilin sonunda aşkar edilib. Bu səbəbdən istintaq aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













