Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Far.Az xəbər saytı

Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib.

"Report" xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin akademik, kayak və kanoe növlərində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil olunub.

Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 avarçəkən mübarizə aparıb. Reqlamentə əsasən iştirakçılar bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.

Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib. Mükafatçılar diplom və medallarla təltif ediliblər. Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel - 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq "Prezident Kuboku-2026" beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər