Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb - YENİLƏNİB-4
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. Yanğına səbəb dəmir sexindəki partlayış olub.
Bunu "Report"a açıqlamasında obyektin icarədarı Sinan Kartal bildirib.
O qeyd edib ki, yanğın baş verən obyekt anbar və dəmir sexi kimi fəaliyyət göstərib:
"Obyektin arxa tərəfindəki dəmir sexində yaranan partlayış bizim anbara da sıçrayıb. Yanğın təxminin 14:30 radələrində başlayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəldi, lakin tıxaca görə biraz gecikdilər. İçəridə taxta, boya, eləcə də mebellər var idi".
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində istehsalat müəssisəsi yanır.
"Report" xəbər verir əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.
Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda obyektdəki yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb - VİDEO - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib













