Kallas İrana görə Aİ Xarici İşlər Şurasının iclasını çağırır
Far.Az xəbər saytı

Kallas İrana görə Aİ Xarici İşlər Şurasının iclasını çağırır


Bazar günü İranla bağlı vəziyyəti və Yaxın Şərqdə sürətlə inkişaf edən hadisələri müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının növbədənkənar iclası onlayn formatda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən Fars körfəzi ölkələrindəki tərəfdaşlarla danışdım. Biz İranın qonşularına qarşı nəzarətsiz hücumlarını pisləyirik, bu hücumlar regionda daha genişmiqyaslı müharibə riskini yaradır", - paylaşımda deyilir.

Kallas regional münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

"İran öz seçimini etməlidir", - o bildirib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər