Pakistan Silahlı Qüvvələri "Taliban"ın 352 döyüşçüsünü zərərsizləşdirib
Əfqanıstanın Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan hərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb, 535-dən çox şəxs yaralanıb.
"Report" xəbər verir ki, bunu Pakistanın informasiya naziri Əttaulla Tarar "X" sosial şəbəkəsində açıqlayıb.
Onun sözlərinə görə, qonşu ölkənin ərazisindəki 41 obyektə hava zərbələri endirilib. Pakistan ordusu 130 əfqan məntəqəsini məhv edib, daha 26-sı nəzarət altına alınıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri "Taliban"ın 171-dən çox zirehli texnikasını vurub.
Daha əvvəl toqquşmalarda 331 əfqan hərbçinin həlak olduğu bildirilmişdi.
Fevralın 26-da axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsi ilə Əfqanıstandakı "Taliban" hökumətinin açıq silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













